SON DƏQİQƏ: İsrail xəbərdarlıq etmədən Rəfah şəhərinə hücuma başladı

  • By admin
  • 19 Mart 2024 15:25

İsrail ordusu “elan etmədən və heç kimin icazəsini gözləmədən” Qəzza zolağının cənubundakı Misirlə sərhəddə yerləşən Rəfah şəhərinə hücum edib.

Gununsesi.info xəbər verir ki, bu barədə Fələstin Xarici İşlər Nazirliyi məlumat yayıb.

“Fələstin Xarici İşlər Nazirliyi anklavın şimal və mərkəzi bölgələrindən milyonlarla məcburi köçkünün yerləşdiyi şəhərin işğal olunmaması ilə bağlı beynəlxalq çağırışlara məhəl qoymayaraq Rəfahda həyata keçirilən qanlı hava hücumlarını və sistematik dağıdıcı əməliyyatları qətiyyətlə pisləyir”, – deyə məlumatda bildirilib.

XİN diqqəti İsrailin ötən gecə Rəfaha dağıdıcı hava zərbələri endirməsi və nəticədə çoxlu fələstinlinin ölümü ilə nəticələndiyinə diqqət çəkib.

“İsrail beynəlxalq reaksiyadan yayınmaq üçün heç bir açıqlama vermədən və heç kimin icazəsini gözləmədən Rəfah şəhərinə hücum edib”, – Fələstin Xarici İşlər Nazirliyi bildirib.

Təl-Əvivin Rəfahda didərgin düşmüş bir milyondan çox fələstinlinin həyatına və beynəlxalq ictimaiyyətin müvafiq çağırışlarına əhəmiyyət vermədiyi vurğulanıb.

Nazirlik hücumların ABŞ dövlət katibi Antoni Blinkenin Səudiyyə Ərəbistanı və Misirə səfəri ilə eyni vaxta təsadüf etdiyinə diqqət çəkib.

Ötən gecə İsrail Hərbi Hava Qüvvələri Rəfah şəhərinin müxtəlif bölgələrinə endirdiyi zərbələr nəticəsində qadın və uşaqlar da daxil olmaqla 14 fələstinli həlak olub, çoxlu sayda insan yaralanıb.

İsrailin baş naziri Benyamin Netanyahunun administrasiyası martın 15-də Nazirlər Kabinetinin rəhbərinin Rəfahda mümkün əməliyyat planını təsdiqlədiyini bildirib.

 

Gununsesi.info