“Oskar-2017” mükafatı zamanı səhvə yol verənlər cəzalandırılacaq - VİDEO

  • Müəllif: admin
  • 02 Mart 2017 23:48

oscar sehv

“Oskar-2017” mükafatının təqdimetmə mərasimində “Ən yaxşı film” nominasiyasında qalibin səhv elan edilməsinə görə məsuliyyət daşıyan şəxslər işdən çıxarılacaq.

Gununsesi.info Axşam.az-a istinadən xəbər verir ki, bunu Amerika Kino Akademiyasının prezidenti Şeril Bun Ayzeks deyib.

Onun sözlərinə əsasən, “Ən yaxşı film” nominasiyasında “Oskar” mükafatını qalib filmə səhv verməyə görə məsuliyyət daşıyan səsvermə qrupunun əməkdaşları daha orada işləməyəcəklər. Şeril bildirib ki, onların bu hərəkəti insanların hissləri ilə oynamaqdan başqa bir şey deyil.

Qeyd edək ki, fevralın 26-da keçirilən “Oskar” mükafatlandırılma mərasimində “Ən yaxşı film” nominasiyası üzrə qalib gələn filmin öncə “La la land” olduğunu açıqlasalar da, sonradan bunun yanlışlıq olduğunu, əslində isə qalib filmin “Moonlight” (“Ay işığı”) olduğunu söylənilib.

https://www.youtube.com/watch?v=v3RLFhwzUgk&feature=youtu.be

Gununsesi.info