
Rusiyada tikintisi davam edən tunel çöküb.
Gununsesi.info Axar.az-a istinadən xəbər verir ki, hadisə yeni Moskva adlanan ərazidən 23 kilometr aralıda “Kaluqa” şosesində baş verib.
Jurnalistlərin məlumatına görə, tuneldə beton konstruksiyalar dağılıb. Dağıntının sahəsi 40 kvadrat metrdən çoxdur. Hadisə zamanı 1 nəfərin öldüyü, 3 nəfərin də dağıntılar altında qaldığı bildirilib.
Tunelin çökməsinə səbəb kimi istehsal qaydalarının pozulması göstərilir.
https://www.youtube.com/watch?v=6eGHNlC_2eQ&feature=youtu.be
Gununsesi.info









