Ötən ay Dövlət Miqrasiya Xidmətinin Çağrı mərkəzinə edilmiş zənglər

  • By admin
  • 09 İyun 2020 19:27

 Dövlət Miqrasiya Xidmətinin 919 Çağrı mərkəzinə cari ilin may ayı ərzində 34.574 zəng daxil olub.

Bu barədə qurumdan Gununsesi.org-a verilən məlumatda bildirilir. Onlardan 31.470-i Azərbaycan dilində, 2894-ü rus dilində, 210-u isə ingilis dilində cavablandırılıb.

Qəbul edilən zənglərin 18172-si müvəqqəti olma müddətinin uzadılması, 7815-i müvəqqəti yaşama icazəsi, 1544-ü iş icazəsi, 563-ü daimi yaşama icazəsi, 403-ü vətəndaşlıq məsələləri, 63-ü olduğu yer üzrə qeydiyyat, 5635-i isə digər məsələlərlə bağlı olub.

Gununsesi.org