Ötən ay neft gəlirlərimiz 58 faiz artıb - İLHAM ŞABAN

  • By admin
  • 02 Fevral 2017 13:01

saban

OPEC və qeyri-OPEC ölkləri yanvarın yekununa görə hasilatı 1,4 mln bar. azalda biliblər.

Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şabanın Gununsesi.info-ya açıqlamasına görə, nəticədə dünya bazarında Brent markalı neftin orta qiyməti noyabrla müqayisədə 22% artıb. Ötən ilin yanvarı ilə müqayisədə isə Brent markalı neftin orta qiyməti 81% artıb. Bəs bu tendensiya Azərbaycanın neft gəlirlərinə necə təsir edib?

İ.Şaban bildirir ki, Azərbaycanda rəsmi açıqlamaya görə son ay yarımda gündəlik hasilat 41 min barel azalıb: “Yanvar ayında təkcə Azərbaycan neftinin ixracı Ceyhan terminalından 832 min barel azalsa da, 2016-cı ilin müvafiq dövrü ilə müqayisədə gəlirləri 58% artaraq 570 mln. dollar təşkil edib. Neftin qiymətlərindəki artımdan gələn gəlir 209 mln. dollar civarında olub”.

Vüsalə Rüstəmova

Gununsesi.info