Ötən gün 115 cinayət hadisəsi törədildi

  • Müəllif: admin
  • 14 Fevral 2018 11:32
Ötən gün daxili işlər orqanları tərəfindən 115 cinayət faktı qeydə alınıb, onların da 26-sı “isti izlər”lə açılıb.
DİN-in mətbuat xidmətindən Gununsesi.info verilən məlumata görə, həmçinin axtarışda olduğuna görə 20 nəfər saxlanılaraq aidiyyıti üzrə təhvil verilib.
Bildirilir ki, respublikanın avtomobil yollarında 1 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 6 nəfər xəsarət alıb.
Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 15 fakt müəyyən edilib.
Cinayət törətməkdə şübhəli bilinən 34 nəfər saxlanılıb.
Gununsesi.info