Oxucu məktublarından…

  • By admin
  • 15 Avqust 2016 17:25

oxucu
Gununsesi.info-ya gün ərzində oxuculardan müxtəlif səpkili məktublar daxil olur. Onlardan birini təqdim edirik:
Mən sizin daimi oxucunuz olaraq bir məsələni işıqlandırmanızı xahiş etmək istərdim. Hamımıza məlumdur ki hal hazırda Rio-2016 Olimpiya oyunları davam edir. Bizim idmançılarımız mübarizə aparır, amma heç bir telekanalımız bunu işıqlandırmır. Biz məcbur oluruq ki ya Rusiya telekanallarında canlı baxaq, öz idmançılarımızın çıxışına ya da ki internetdən izləyək. Yeganə yayım hüquna malik Azərbaycan telekanalı İTV yayımlayır Rio-2016 Olimpiadasını o da ki öz idmançılarımızın canlı yarışını yox bizim idmançıların təmsil olunmadığı yarışları yayımlayır. Hələ üstəlik İTV öz idmançılarımızın iştirakını verməməsi bir yana canlı yarışlar gedə-gedə saatın tamamında öz gərəksiz maraqsız Xəbərlər-Carçı proqramını gözümüzə soxur. Bir vətənpərvər Azərbaycanlı olaraq öz idmançılarımızın yarışını izləmək üçün Braziliyaya getməyə imkanımız olmadığına görə biz ekran qarşısında oturub azərkeşlik etmək istədik. Amma İTV burnumuzdan gətirdi 4 illik Olimpiada həsrətini. Xahiş edirik bu mövzu barədə xəbər dərc edəsiniz ki aidiyyatı qurumlar bir cavab versin.

Hüseyn Cəbrayılov