Malayziyada futbol matçı zamanı idmançını ildırım vurub.
Gununsesi.info bu barədə xarici mediaya istinadən xəbər verir.
Hadisə Veteran FC və Tanjung Minyak FC arasında keçirilən yoldaşlıq oyunu zamanı baş verib. Oyun başladıqdan on dəqiqə sonra yüngül yağış yağmağa başlayıb, ardınca isə güclü ildırım səsi eşidilib. Hakim və iki oyunçu huşunu itirib. Bir oyunçunu xilas etmək mümkün olmayıb.
Malayziya Futbol Assosiasiyasının rəhbəri bildirib ki, oyun təşkilatçıları pis hava şəraiti səbəbindən oyunları dayandırmaqdan və ya təxirə salmaqdan çəkinməməlidirlər.
Maqsud












