Özbəkistan 7 ölkə ilə viza rejimini ləğv etdi

  • By admin
  • 05 Fevral 2018 19:46


Özbəkistan aralarında Türkiyənin də olduğu 7 ölkə ilə olan viza rejimi tətbiqinə son qoyub.

Gununsesi.info xəbər verir ki, bu barədə rezident Şövkət Mirziyoyev tərəfindən “Özbəkistanda turizmin inkişaf etdirilməsi üçün müsbət şəraitin təmin edilməsinə” dair sərəncam verilib.

Qərara əsasən, 10 fevraldan etibarən İsrail, İndoneziya, Cənubi Koreya, Malayziya, Sinqapur, Yaponiya və Türkiyə vətəndaşlarına viza rejimi tətbiqi ləğv edilib. Həmin ölkələrin vətəndaşları viza tələb edilmədən 30 gün müddətlə Özbəkistanda səfərdə olabiləcəklər.

Bundan başqa, 1 iyuldan etibarən “e-viza” sisteminə də keçid olacaq.

Qeyd edək ki, prezident Mirziyoyevin ötən ilin oktyabrında imzaladığı sərəncam ilə Türkiyə, Avstriya, Belçika, Böyük Britaniya, Fransa, Almaniya, İspaniya, İtaliya, İsveçrə, Çexya, Latviya, Malayziya, Yaponiya və Tayland vətəndaşları üçün asanlaşdırılmış viza rejimi tətbiqi başlamışdı.

Gununsesi.info