Özbəkistan latın əlifbasına keçir

  • By admin
  • 01 Avqust 2021 23:43

Bu gündən etibarən Özbəkistanda “Latın qrafikası əsasında özbək əlifbasının tətbiqi haqqında” qanun qüvvəyə minir.

Gununsesi.info Özbəkistanın Nazirlər Kabinetinə istinadən xəbər verir ki, yeni qanunla ölkə ərazisində kirill qrafikası bazasında yaradılmış yerli əlifba ləğv edilir.

Məlumata görə, yeni özbək əlifbasında 28 hərf və 1 hərf birləşməsi var.

Qanuna əsasən, 2023-cü il yanvarın 1-dək Özbəkistanda bütün rəsmi sənəd dövriyyəsi də yeni əlifbaya keçirilməlidir.