Özbəkistan prezidenti Azərbaycana gəlir

  • Müəllif: admin
  • 07 Oktyabr 2019 20:51

Özbəkistan Prezidenti Şavkat Mirziyoyev oktyabr ayında Azərbaycana səfər edəcək.

Gununsesi.org xəbər verir ki. bunu Özbəkistan parlalamentinin yuxarı palatasının sədr müavini Sadık Safayev deyib.

Prezident Bakıda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının 7-ci sammitində iştirak edəcək. Bu, Ş.Mirziyoyevin prezident qismində Azərbaycana ilk səfəri olacaq.

Qeyd edək ki, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının 7-ci sammiti oktyabrın 14-15-də keçiriləcək. Sammit çərçivəsində, həmçinin biznes-forum təşkil olunacaq.

 

 

 

Gununsesi.org