Özbəkistanda koronavirusdan sağalanların sayı 214 nəfərə çatıb

  • Müəllif: admin
  • 19 Aprel 2020 17:21

Özbəkistanda daha 20 nəfər koronavirusdan sağalıb.

Gununsesi.org bildirir ki, bunu Özbəkistanın rəsmi qurumları bildirib.

Beləliklə, ölkədə infeksiyadan sağalananların sayı 214 nəfərə çatıb.

Ümumilikdə, Özbəkistan 1495 nəfər koronavirusa yoluxub, onlardan 5-i ölüb.

Gununsesi.org