“Özbəkistanın ümid edəcəyi kimsə yoxdur”

  • By admin
  • 10 Yanvar 2022 20:55

“Qazaxıstanda baş verən hadisələr fonunda Özbəkistan KTMT-yə qayıda bilər”.

Gununsesi.info xəbər verir ki, bunu Rusiya Dövlət Dumasının MDB işləri, Avrasiya inteqrasiyası və həmvətənlərlə əlaqələr komitəsinin sədri Leonid Kalaşnikov “İnterfaks”a deyib və əlavə edib ki, Daşkənd görməlidir ki, arxalanacaq başqa heç kim yoxdur.

“Özbəkistan KTMT-dən bir dəfə çıxdı, amma yenidən daxil ola bilər. İndi mən bunu istisna etmirəm. Onlar görürlər ki, ümid edəcək heç kim yoxdur”, – agentlik Kalaşnikovdan sitat gətirir.

Xatırladaq ki, bir müddət əvvəl Belarus Prezidenti Aleksandr Lukaşenko “Qazaxıstanda baş verən hadisələrdən ilk növbədə Özbəkistan dərs çıxarmalıdır” deyə açıqlama vermişdi.

 

Gununsesi.info