Pərvin Abıyevanın qohumu koronavirusdan öldü

  • By admin
  • 30 Mart 2020 16:28

Məşhur aktrisa Pərvin Abıyevanın uzaq qohumu koronavirusdan dünyasını dəyişib.

Gununsesi.org  big.az-a istinadən xəbər verir ki, aktrisa bu barədə “İnstagram”da canlı yayımda danışıb:

“Mənim uzaq qohumum da bu xəstəlikdən dünyasını dəyişib. İnanmayanlara demək istəyirəm ki, həqiqətən də, bu virus var. Ona görə evdə oturun, sağlam qalın. Mən də məcbur olmadıqca evdən çıxmıram”.

Gununsesi.org