Pərviz Abdullayev həyatını klipə çəkir

  • By admin
  • 21 Fevral 2021 11:49

Azərbaycanı “Survivor”da təmsil etmiş peşəkar kikboksinq üzrə altıqat dünya çempionu Pərviz Abdullayev (“Kobra” Pərviz) məşhur reper Pranga (Cavid “Pranga”) ilə yeni layihəyə imza atıb.

Gununsesi.info report-a istinadla xəbər verir ki, Pərviz yeni layihə mövzusunun özünün həyatı və döyüşə necə gəlməsi ilə bağlı olduğunu bildirib.

P.Abdullayev səsləndirdiyi hissənin sözlərini də özü yazdığını, hazırda klip üzərində işlərin getdiyini əlavə edib.

Gununsesi.info