Pərviz Həşimli britaniyalı diplomatla görüşüb

  • Müəllif: admin
  • 03 Noyabr 2016 14:41

Parviz nHashimli

Noyabrın 3-də Siyasi və Mülki Hüquqları Müdafiə Mərkəzinin direktoru Pərviz Həşimli Böyük Britaniyanın Azərbaycandakı səfirliyində olub.

Bu barədə Gununsesi.info-ya Mərkəzdən məlumat verilib.

Məlumatda bildirilib ki, hüquq müdafiəçisi Britaniyanın Azərbaycandakı səfirliyinin siyasi məsələlər üzrə katibi Ceyms Holderlə görüşdə Azərbaycanda insan hüquqlarının durumu, media azadlığı sahəsindəki vəziyyəti müzakirə edib.

Mərkəzdən həmçinin bildirilib ki,  P.Həşimli bir sıra məsələlərlə bağlı rəhbərlik etdiyi qurumun mövqeyini diplomatın diqqətinə çatdirib.

 Gülnaz Qənbərli

Gununsesi.info