Pakistan və Əfqanıstan sərhədində divar tikiləcək

  • By admin
  • 08 Fevral 2018 19:34

Pakistan ordusu ölkənin Əfqanıstanla sərhədində divar tikməyi planlaşdırır.

Gununsesi.info xəbər verir ki, divarın Pakistanın cənub-qərbindəki Bəlucistan əyalətində, Çaman şəhəri ətrafında ucaldılması nəzərdə tutulur.

Tikinti işlərinin yaxın zamanlarda başlayacağı bildirilir. Əyalət rəhbərliyi divarın tikintisi ilə əlaqədar bir qrup sakinin oradan köçürüləcəyini elan edib.

İki ölkə arasında divarın ucaldılması Əfqanıstandan Pakistana qeyri-leqal miqrantların, o cümlədən terrorçuların keçidinin qarşısını almaq məqsədi daşıyır.

Gununsesi.info