
Cənubi Koreyada sabah başlayacaq Qış Olimpiya Oyunlarından bir gün əvvəl Şimali Koreyada hərbi parad keçirilib.
Gununsesi.info xəbər verir ki, parad zamanı Pxenyanda “Hvason-15” yeni qitələrarası ballistik raket nümayiş etdirilib.
Bundan başqa, bu raketlərin daha əvvəlki modifikasiyası “Hvason-14” raketlər təntənəli keçiddə iştirak edib.
Ümumilikdə parada 13 min hərbçi qatılıb.
Gununsesi.info












