Çində ağır yol qəzası - 6 ÖLÜ

  • By admin
  • 08 Fevral 2018 19:08

Çinin şimal-şərqindəki Tszilin əyalətində avtobusla yük maşını toqquşub.

Gununsesi.info xəbər verir ki, hadisə nəticəsində 6 nəfər həlak olub, 14 nəfər xəsarət alıb.

Qeyd olunur ki, qəza yük maşınının yolun əks istiqamətinə çıxması nəticəsində baş verib.

Xəsarət alanlar xəstəxanaya yerləşdirilib. Onların vəziyyəti stabil olaraq qiymətləndirilir.

Gununsesi.info