Vaşinqtonda Rusiya səfirliyinin qarşısındakı küçəyə BORİS NEMÇOVUN ADI VERİLİB

  • By admin
  • 08 Fevral 2018 18:31

Vaşinqtonda Rusiya səfirliyinin qarşısındakı küçəyə rusiyalı mərhum siyasətçi Boris Nemçovun adı verilib.

Gununsesi.info Rusiya mediasına istinadən xəbər verir ki, bu barədə öz Twitter səhifəsində PARNAS partiyasının sabiq həmsədri, Boris Nemçov fondunun sədri kiçik Vladimir Kara-Murza yazıb.

Onun sözlərinə görə, küçənin adının dəyişərək B.Nemçov adına verilməsi ilə bağlı təqdimat fevralın 27-də keçiriləcək. “Vaşinqton Şurası Rusiya səfirliyinin yerləşdiyi binanın qarşısındakı küçənin B.Nemçovun adına verilməsi ilə bağlı qanun layihəsinə yekdilliklə səs verib”, deyə V.Kara-Murza qeyd edib.

B.Nemçovun adının küçəyə verilməsi onun demokratiya uğrundakı fəaliyyətinin rəmzi kimi dəyərləndirilib.

Xatırladaq ki, B.Nemçov 28 fevral 2015-ci ildə Moskvanın mərkəzində qətlə yetirilib.

Gununsesi.info