Pakistanda ağır yol qəzası - 24 ÖLÜ, 50 YARALI

  • By admin
  • 09 Noyabr 2017 12:58

Pakistanın Pəncab əyalətində sərnişin avtobusunun körpüdən aşması nəticəsində azı 24 nəfər ölüb, 50 nəfər xəsarət alıb.

Gununsesi.info xəbər verir ki, xəsarət alanlardan 12-nin vəziyyəti ağırdır.

Talaqanq yaşayış məntəqəsində baş verən hadisə zamanı avtobusda 80-ə yaxın sərnişin olub. Ölənlərin sayının artacağı istisna edilmir.

Qəzanın səbəbləri araşdırılır.

Gununsesi.info