Tramp və Putinin görüşəcəyi tarix məlum oldu

  • By admin
  • 09 Noyabr 2017 12:52

Rusiya və ABŞ prezidentlərinin görüş vaxtı məlum olub.

Gununsesi.info xəbər verir ki, Rusiya Federasiyasının dövlət başçısının köməkçisi Yuri Uşakov Rusiya Prezidenti Vladimir Putinin amerikalı həmkarı Donald Trampla noyabrın 10-da Vyetnamda görüşəcəyini bildirib:

“Hazırda görüşün saatı razılaşdırılır”.

Qeyd edək ki, Vyetnamda Asiya-Sakit Okeanı İqtisadi Əməkdaşlığının (APEC) yubiley – 25-ci sammiti keçirilir.

Gununsesi.info