Pakistanda atışma baş verib: 5 polis əməkdaşı öldürülüb

  • By admin
  • 28 İyul 2020 15:10

Pakistanın Qilqita əyalətində hüquq-mühafizə orqanlarının əməkdaşları ilə silah qaçaqmalçıları arasında atışma olub.

Gununsesi.info-nun “Geo.tv”yə istinadən verdiyi xəbərə görə, cinayətkarlar hüquq-mühafizə orqanlarının əməkdaşlarına atəş açıb.

Bildirilib ki, atışma nəticəsində ən azı 5 polis əməkdaşı ölüb, 5 polis əməkdaşı isə yaralanıb.

Bundan başqa, 2 mülki vətəndaş xəsarət alıb.

Cinayətkarlar hadisə yerindən qaçmağa nail olublar.

 

 

Gununsesi.info