Pakistandakı məsciddə kamikadze özünü partlatdı: Ölənlərin sayı 28-ə çatdı - FOTOLAR /VİDEO -YENİLƏNDİ

  • By admin
  • 30 Yanvar 2023 14:57

Pakistanın Pişəvər şəhərində məsciddə törədilən terror aktı zamanı ölən şəxslərin sayı 28-ə çatıb.

Gununsesi.info xəbər verir ki, bu barədə Pakistan KİV-ləri məlumat yayıb.

Son məlumata görə, partlayış nəticəsində xəsarət alanların sayı 150 nəfərdir.

Qeyd edək ki, hələlik terrora görə məsuliyyəti heç kim üzərinə götürməyib.

13:24

Pakistanın Peşəvər əyalətində məscidə terror hücumu baş verib.

Gununsesi.info “RİA Novosti”yə istinadən xəbər verir ki, terrorçu-kamikadze məscidə gələrək özünü partladıb.

Hadisə nəticəsində 2 nəfər həyatını itirib, daha 70 nəfər isə yaralanıb.

Detallar araşdırılır.

Gununsesi.info