Pakistanda partlayış – 25 ölü, 35 yaralı

  • By admin
  • 12 May 2017 20:58

1494606225-5563

 

Pakistanda canlı bomba senatın sədr müavini Əbdül Qafur Heydərinin olduğu avtomobil kortecinin yaxınlığında özünü partladıb.

“Qafqazinfo”nun “Reuters”ə istinadən verdiyi məlumata görə, hadisə nəticəsində 25 nəfər həlak olub, 35 nəfər yaralanıb.

Terror aktı Mastunq şəhərində, Bəlucistan əyalətində törədilib.

Pakistan təhlükəsizlik xidmətinin ehtimalına görə, terrorçu avtomobilləri səhv salaraq özünü senatorun korteci keçəndən bir neçə saniyə sonra partladıb.

Qeyd olunur ki, Heydərinin sürücüsü ölüb, onun özü isə yüngül xəsarət alıb.

Terakta məsuliyyəti “İŞİD” terror təşkilatı götürüb.

 

Gununsesi.info