“Palmali Group” daha bir türk nəhəngi ilə anlaşdı

  • Müəllif: admin
  • 04 İyul 2018 09:23

“Palmali” Şirkətlər Qrupu Türkiyənin taxıl sahəsində olan ən güclü şirkətlərindən olan “Tiryaki Qrup” ilə əməkdaşlıq sazişi imzalayıb.

Bu barədə Gununsesi.info-ya adıçəkilən şirkətlər qrupundan verilən məlumatda bildirilir. Məlumata görə  sadəcə Türkiyədə deyil, dünyada da taxıl, paxlalı bitki, eləcə də yağlı toxumlar istehsal edən və bazara çıxaran sahəsi üzrə ən böyük ticarət şirkətlərindən olan “Tiryaki Qrup” və “Palmali” Holdinq arasında imzalanmış razılaşma beş il müddətinə nəzərdə tutulub. Məhsulların nəqliyyat məsələsini öz üzərinə götürən holdinq əsas qida və yem ehtiyacının təmin edilməsi üçün malları vaxtında mənzilbaşına çatdıracağına söz verib.

Qeyd edək ki, 25 ölkədən məhsul tədarükü edən və 80-dən çox ölkəyə məhsul ixrac edən “Tiryaki” fəaliyyət sahəsini genişləndirərək kənd təsərrüfatı şirkətləri arasınsa özünə layiqli yer tutub. Türkiyədə taxıl, paxlalı bitki, qurumeyvə, təbii qida və yağlı toxumları emal edərək bazara çıxaran, bazar şərtlərini ən yaxşı şəkildə idarə edən “Tiryaki” bundan sonra öz məhsullarının daşınmasını “Palmali”yə etibar edəcək.

Gununsesi.info