
Türkiyənin Mərsin şəhərinin Ərdəmli mahalında maraqlı hadisə baş verib.
Gununsesi.info Türkiyə mətbuatına istinadən xəbər verir ki, Ərdəmli mahalının Türbə məhəlləsində ailəsi ilə birlikdə yaşayan Mustafa Dikər, çirkli paltarın atıldığı səbətin içərisində ilan olduğunu görüb.
Belə ki, ailə ilanı zərərsizləşdirməkdən ehtiyat edərək, evə xilasetmə qrupu çağırıblar. Hadisə yerinə gələn Mersin Böyükşəhər Bələdiyyəsinin xilasetmə qrupları, paltar səbətinin içərisində olan, təxminən 1 metr 30 santimetr uzunluğundakı ilanı tutublar.
Xilasetmə qrupları başqa ilan olub-olmadığını müəyyət etmək üçün evdə axtarış aparıblar. Axtarış zamanı evdə başqa ilanın olmadığına əmin olduqdan sonra, tutduqları ilanı təhlükəsiz bir məkanda təbiətə buraxıldı.
Anar
Gununsesi.info












