Panamada həbsxanada iğtişaş – 11 ölü, 11 yaralı

  • Müəllif: admin
  • 18 Dekabr 2019 10:12

Panamanın Hoyita dustaqxanasında yaşanan iğtişaş zamanı 11 məhbus ölüb.

Gununsesi.org-un rus mətbuatına istinadən məlumatına görə, ölən və yaralananlar arasında polislər yoxdur.

Təhlükəsizlik gücləri durumun nəzarət altına götürüldüyünü bildiriblər.

Daha 11 nəfərin xəsarət aldığı bildirilib.

Hadisə ilə bağlı araşdırma aparılır.