Parisdə 4 polis öldürüldü, Makron hadisə yerinə getdi - VİDEO

  • By admin
  • 03 Oktyabr 2019 19:48

Parisdə prefektura binasına silahlı hücum nəticəsində beş nəfər, o cümlədən dörd polis əməkdaşı qətlə yetirilib. 

Gununsesi.org-un xarici mətbuata istinadən məlumatına görə, öz həmkarlarına hücum edən prefekturanın əməkdaşı yerindəcə güllələnib. Binadakı bütün personal təxliyyə edilib.

Dövlət başçısı Emmanuel Makronla birlikdə Fransanın Baş Naziri Eduard Filip və insidentlə bağlı Türkiyəyə səfərini təxirə salan Daxili İşlər naziri Kristof Kastaner də hadisə yerində olublar.

 

 

Gununsesi.org