Parisdə terrora cəhd edilib

  • By admin
  • 20 İyun 2017 10:22
paris terror

İyunun 19-da Parisin mərkəzindəki Yelisey çölləri – Şanzelize (The Champs-Elysees avenue) prospektində bir avtomobil polis avtofurqonuna çırpılıb. 

Gununsesi.info Türkiyə KİV-nə istinadən xəbər verir ki, nəticədə maşın alışıb.

Fransa Daxili İşlər Nazirliyinin sözçüsü Pierre-Henry Brandet deyib ki, böyük bir ehtimalla silahlı olan sürücü həlak olub böyük bir ehtimalla silahlı olan sürücü həlak olub. Brandet deyib ki, o, avtomobili polis maşınına bilərəkdən vurub.

Fransa prokurorluğu hadisə ilə bağlı cinayət işi açıb və təhqiqat prokurorluğun antiterror bölümü tərəfindən aparılır.

Fransa polisi – milli jandarmeriya xidmətinin məlumatına görə, hazırda vəziyyətə nəzarət edilir. İndsident nəticəsində xəsarət alan və ölən olmayıb.

Gülnaz Qənbərli

Gununsesi.info