Parlament komitələri 2018-ci ilin büdcə müzakirələrini davam etdirəcək

  • By admin
  • 13 Noyabr 2017 10:18

Bu gün Milli Məclisin birgə komitələrində 2018-ci il büdcə zərfinin müzakirəsi davam etdiriləcək. 

Gununsesi.info xəbər verir ki, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu, İnsan haqqları, Regional məsələlər, Mədəniyyət, Gənclər və idman komitəsinin birgə iclasında 2018-ci ilin büdcəsi müzakirə olunacaq.

Büdcə layihəsi barəsində maliyyə nazirinin müavini Azər Bayramov və  iqtisadiyyat nazirinin müavini Sevinc Həsənova parlamentarilərə 2018-ci il büdcəsi barədə məlumat verəcək.

Bundan sonra parlamentarilər büdcə layihəsi ətrafında mövqelərini bildirəcəklər.

Mürtəza

Gununsesi.info