İranda ölənlərin sayı 207-ə çatdı - 2 MİNƏDƏK YARALI VAR - FOTOLAR

  • By admin
  • 13 Noyabr 2017 10:24
İranda baş verən zəlzələ nəticəsində ölənlərin sayı artıq 141-ə çatıb. 

Gununsesi.info xarici KİV-ə istinadən xəbər verir ki, təbii fəlakət 2000-dək insanın yaralanmasına səbəb olub.

İranda təqribən 70 min insan İraqla sərhəddə baş verən güclü zəlzələ nəticəsində evsiz qalıb.

Noyabrın 12-də İran və İraq sərhədində 7,2 maqnituda gücündə zəlzələ baş verib.İranın Serpol Zəhab, Kəsri Şirin, Cavandur, Səlasi Babacani və Gilan əyalətlərində evlər və ictimai binalar uçub. Hadisə yerlərinə təcili olaraq yanğınsöndürənlər, həkim briqadaları və xilasedicilər cəlb olunublar.

Prezident Həsən Ruhani zərər çəkənlərə hər cür yardım göstərilməsi ilə bağlı xüsusi göstəriş verib.

***

İranda baş verən zəlzələ nəticəsində ölənlərin sayı 207 nəfərə çatıb.  Bu barədə xarici KİV-lər məlumat yayıblar.

1700-dən çox adamın xəsarət aldığı bildirilir.

Gununsesi.info