Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında Məkkə Birgə Müdafiə Sazişinin bu həftə Türkiyə parlamenti tərəfindən təsdiqlənməsi planlaşdırılır.
Gununsesi.info xəbər verir ki, bu barədə Prezident Rəcəb Tayyib Ərdoğan Ankarada sədrlik etdiyi Nazirlər Kabinetinin iclasından sonra məlumat verib.
Ərdoğan bildirib ki, Saziş yaxın günlərdə nəzərdən keçirilməsi üçün parlamentə təqdim ediləcək.
Məkkə müqaviləsi avqustun 7-də Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan, Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salman Əl Səud və Pakistanın baş naziri Şahbaz Şərif tərəfindən imzalanıb. Sazişdə üç ölkədən hər hansı birinə edilən hücumun müqavilənin bütün tərəflərinə qarşı təcavüz aktı hesab ediləcəyi nəzərdə tutulur.
5 oktyabrda tərəflər birgə müdafiə öhdəliklərinin praktiki icrasına dərhal başlamaq və razılaşdırılmış hərbi qüvvələrin Səudiyyə Ərəbistanında yerləşdirilməsi üçün addımlar atmaq barədə razılığa gəldilər. Türkiyə qanunvericiliyinə görə, bütün beynəlxalq aktlar parlamentin təsdiqindən asılıdır və parlament həmçinin hərbi kontingentlərin xaricə göndərilməsi üçün mandat verir.










