Bu ərazidə 2 gün su olmayacaq

  • Müəllif: Firuzə
  • 12 Oktyabr 2026 22:15

Magistral su xəttində aparılan təmir-bərpa işləri ilə bağlı görüləcək işlər çərçivəsində bəzi ərazilərdə suyun verilişi dayandırılacaq.

Gununsesi.info  xəbər verir ki, bu barədə İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti məlumat yayıb.

Bildirilib ki, oktyabrın 12-si gecə saatlarından oktyabrın 13-ü gün ərzində paytaxtın Səbail rayonunun bəzi ərazilərinin içməli su təminatında fasilə yaranacaq.