İranda 3 günlük matəm elan olundu

  • By admin
  • 13 Noyabr 2017 10:30

İranın zəlzələ baş verən Kirmanşah əyalətində 3 günlük matəm elan olunub.

Gununsesi.info İran mətbuatına istinadən xəbər verir ki, ötən gün axşam saatlarında İran-İraq sərhədində baş vermiş güclü zəlzələ nəticəsində İranın qərb əyalətlərində, o cümlədən Kirmanşahda ölənlərin sayı 207-yə çatıb, təqribən 1600 nəfər xəsarət alıb.

Zəlzələ 7,4 bal gücündə qeydə alınıb.

Gununsesi.info