İran Hörmüz boğazında daha bir supertankeri vurdu

  • Müəllif: Firuzə
  • 12 Oktyabr 2026 19:50

İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Hərbi Dəniz Qüvvələri bu gün səhər Hörmüz boğazında qayda pozuntusuna yol verən üçüncü supertankerə zərbə endirildiyini və gəmidə yanğın baş verdiyini bildirib.

Gununsesi.info xəbər verir ki, SEPAH-ın məlumatında deyilir ki, gəmi naviqasiya sistemini söndürüb və Hərbi Dəniz Qüvvələrinin xəbərdarlıqlarına məhəl qoymayaraq, Hörmüz boğazından çıxmağa cəhd edib, nəticədə gəmi vurulub.

SEPAH-ın Hərbi Dəniz Qüvvələri vurğulayıb ki, Hörmüz boğazında və Fars körfəzi regionunda ABŞ ordusu ilə əməkdaşlıq edən istənilən ticarət gəmisi və neft tankeri qəti cavabla üzləşəcək.

Qeyd edilib ki, bu, son iki gündə Hörmüz boğazında vurulan üçüncü supertankerdir.

Gununsesi.info