Parlamentdə soyundular - FOTOLAR

  • Müəllif: admin
  • 04 Aprel 2019 00:11
İngiltərədə hərarətli “Brexit” müzakirələrinin aparıldığı zaman 11 nümayişçi paltarlarını çıxararaq yarı çılpaq şəkildə rəqs etməyə başlayıb.
 Gununsesi.org Moderator.az-a istinadən xəbər verir ki, Avropa İttifaqından (Aİ) fərqlənməyən İngiltərədə gözlər parlamentdəki səsvermələrə çevrilərkən gözlənilməz bir sürpriz baş verib. Parlamentə girən çılpaq nümayişçilər kameralar qarşısında etiraz aksiyası keçirib.
“Extinction Rebellion-Yox olma üsyanı” adlı qrupun qadın və kişi üzvləri böyük bir çaşqınlığa yol açıb. İqlim dəyişikliyinə diqqət çəkmək istəyən etirazçılar arasında 24 yaşında bir təbii həyat bioloqu ilə bir təqaüdçü müəllim də olub.
Nəzarətə götürülən etirazçılar daha sonra sərbəst buraxılıb. Aksiya zamanı çıxış edən millət vəkilləri isə etiraza gülərək reaksiya verib.