Parlamentin Səhiyyə Komitəsi 2017-ci ilin yaz sessiyası üçün İş Planını təsdiqlədi

  • By admin
  • 18 Yanvar 2017 14:10
millimeclis-2015_40
Milli Məclisin Səhiyyə Komitəsinin 2017-ci ilin yaz sessiyası üçün İş Planı təsdiqlənib.
Gununsesi.info xəbər verir ki, bu gün Milli Məclisin Səhiyyə komitəsinin  yaz sesisyası çərçivəsində ilk iclası keçirilib. İclasda komitənin  2016-cı ilin payız sessiyasında gördüyü işlərin hesabatı dinlənilməklə yanaşı, 2017-ci ilin yaz sessiyası çərçivəsindəki fəaliyyət planı müzakirə edilib. İclasda komitəinin 2016-cı ilin payız sessiyası müddətndəki fəaliyyəti  səmərəli hesab olunub.
İclasda həmçinin  komitənin yaz sesisyasındakı fəaliyyəti də müzakirə olunaraq,  İş Planı təsdiqlənib. İş Planında Azərbaycan Prezidetinin qanunvericilik təşəbbüsü qaydasında təqdim etdiyi qanun layihələri, “Psixoloji yardım haqqında”, “Reproduktiv sağamlıq haqqında” qanun layihələri, Gözün buynuz qişasının transplantasiyası ilə bağlın müvafiq qanunvericilik aktlara dəyişikliklərin edilməsi, Optika xidmətinin yaxşılaşdırılması ilə bağlı müvafiq qanunverici aktlara dəyişikliklərin edilməsi, “Pasiyentin hüquqlarının qorunması haqqında” qanun layihəsinin hazırlanmasına dair dinləmə, Komitəyə daxil olan qanun layihələrinin müzakirəsi, onlara rəy və təkliflərin hazırlanması məsələləri öz əksini tapıb.
Komitə sədri Əhliman Əmiraslanov  deyib ki, “Psixoloji yardım haqqında” qanun layihəsi artıq hazırdır, yaxın vaxtlarda müzakirəyə çıxarılacaq.
Mürtəza
Gununsesi.info