Partiya üzvləri Putinin prezident kürsüsündən getməsini təklif edir - NƏ QƏDƏR Kİ, O, HAKİMİYYƏTDƏDİR...

  • By admin
  • 11 Avqust 2017 14:48

putin

“Nə qədər ki, Putin prezident kürsüsündədir, Rusiyanın Qərblə münasibətlərinin normallaşdırılmasından danışmağa belə dəyməz”.

Gununsesi. info xəbər verir ki, bu fikri Rusiyanın “Rost” Partiyasının  Siyasi Şurasının üzvü, internet-ombudsman Dmitriy Mariniçev jurnalistlərə açıqlamasında deyib.

“Mən onun nə tərəfdarı, nə də əleyhdarı deyiləm, ancaq bütün bu işlərin səbəbkarı Putin özüdür və bu “hörməti” də özü qazanıb. Mən prezident Putinlə Qərblə olan münasibətlərimizi yenidən bərpa edəcəyimizə inanmıram. Ona görə də Putinin 2018-ci ildə prezidentliyə namizədliyinin Rusiya üçün hər hansı uğur gətirəcəyinə inanmıram. Bu problemi ancaq yeni simalarla həll etmək olar”- deyə, Mariniçev bildirib.

Onun fikrincə, Putinin atdığı bir sıra konkret addımlar Rusiya ilə Qərb arasındakı münasibətlərin korlanmasına səbəb oldu: “Hansı ki, bu addımalara ehtiyac yox idi. Ona görə də indi münasibətlərin normallaşması üçün korrektələrə ehtiyac var. Bunu Putin edəcək və yaxud yenisi deyə bilmərəm. Amma bunu elə etmək lazımdır ki, prezident seçkilərində rusiyalılara seçim imkanı olsun”.

Partiyanın federal katibi Aleksandr Xuruci də partiyadaşının fikrini dəstəkləyərək Putinin prezident kürsüsünə vida etməsini təklif edir. Xuruci Putinin Krımı Rusiyanın tərkibinə qaytarmasını düzgün addım hesab etsə də, onu 2018-ci ildə prezident görmədiyini dilə gətirib: “2018-ci il Putinin getməsi üçün ən yaxşı məqamdır. Əgər o bunu edərsə hər zaman başı uca gəzəcək”.

A.Xuruci onu da əlavə edib ki, indiki şəraitdə Putini seçkilərdə məğlub etmək elə də asan məsələ deyil: “İndiki məqamda ona qalib gəlmək çox mürəkkəb məsələdir. Çünki o bu gün çox böyük elektoral reytinqə malik şəxsdir. Biz seçkini udmasaq belə, öz mövqeyimizi cəmiyyətə çatdırmağı bacarmalıyıq”.

Digər partiya üzvləri də Putinin növbəti ilə prezidentliyə namizədliyinin verməməsi təklifi ilə çıxış ediblər.

Mürtəza

Gununsesi.info