Paşinyan Moskvaya gedir - ƏMR VERİLDİ

  • By admin
  • 27 Noyabr 2020 22:46

Ermənistanın Baş nazir Nikol Paşinyanın Rusiyaya səfərinə hazırlıq gedir.

Gununsesi.info xəbər verir ki, bu barədə “Sputnik Ermənistan” məlumat yayıb.

Bildirilib ki, Ermənistan hökuməti Aparatı protokol şöbəsinin rəisi Eduard Arutyunyan baş nazirin Rusiyaya səfərini hazırlamaq üçün noyabrın 30-dan dekabrın 4-dək Moskvada səfərdə olacaq.

Qeyd edilib ki, E.Arutyunyanın Moskvaya ezamiyyəti barədə əmr hökumətin saytında dərc olunub.

Ermənistan digər media orqanları da Paşinyanın dekabrın 4-də Moskvaya gedəcəyi ilə bağlı məlumat yayıblar.

Baş nazirin mətbuat xidməti isə hökumət başçısının səfərlərinə dair məlumatların lazımi vaxtda dərc ediləcəyini deyib.

Gununsesi.info