Paşinyan sabah Putinlə hansı sənədi imzalayacaq?

  • By admin
  • 18 Aprel 2022 11:20

Ermənistanın baş naziri Nikol Paşinyanın aprelin 19-da Moskvaya gözlənilən səfəri çərçivəsində bəzi sənədlər imzalanacaq.

Gununsesi.info xəbər verir ki, bunu Sputnik Ermənistan-a açıqlamasında Milli Təhlükəsizlik Xidmətinin keçmiş direktoru, parlamentin “Mənim şərəfim var” fraksiyasının rəhbəri Artur Vanetsyan deyib.

 

“Mən bilirəm ki, Ermənistanla Rusiya arasında hansısa sənəd imzalanmalıdır. İlkin məlumata görə, bu, ikitərəfli münasibətlərə aid olacaq. Qalan hər şeyə gəlincə, bunu səfərdən sonra başa düşəcəyik”, – deyə Artur Vanetsyan gözləntilərlə bağlı sualı cavablandırıb.

 

Vanetsyan bildirib ki, şəxsən onun Paşinyandan heç bir müsbət gözləntisi yoxdur.

 

Bazar günü Vanetsyan İrəvanda Azadlıq meydanında mitinq təşkil edib. O, Qarabağın taleyinə biganə olmayan bütün erməniləri aksiyaya qoşulmağa çağırıb. Lakin mitinqin kütləviliyi baş tutmayıb.

Axşam saatlarında siyasətçinin tərəfdarları nəqliyyatın hərəkətini kəsmək istəyərkən polislə kiçik qarşıdurmalar olub. Bir neçə nəfər saxlanılıb.

Gununsesi.info