“Paşinyanı istefaya göndərərdik, amma insanlar evində oturur” – Müxalifət lideri

  • By admin
  • 24 Dekabr 2020 13:34

Ermənistan müxalifətinin lideri Vazgen Mnaukyan ölkə əhalisindən narazılıq edib.

Gununsesi.org xəbər verir ki, bu gün hökumət binası qarşısında keçirilən aksiya zamanı jurnalistlərə açıqlama verən siyasətçi etirazçıların sayının azlığından narazılıq edib.

“Paşinyan cinayətdardır və həbsxanada oturmalıdır. Əgər hökumət binası qarşısında 100 min insan olsaydı, Paşinyanın istefası məsələsi həllini tapardı. Amma insanlar evlərində oturur”.

O, etirazçıların say azlığına baxmayaraq, aksiyaların davam edəcəyini əlavə edib.

Gununsesi.org