“Paşinyanın istefası vəziyyətdən çıxış yoludur” – Qarik Gevorqyan

  • By admin
  • 24 Noyabr 2020 14:18

Ermənistanda hakim “Mənim Addımım” parlament fraksiyasının üzvü İzabella Abqaryan sözügedən fraksiyadan çıxıb. 

Gununsesi.org erməni mediasına istinadən xəbər verir ki, bu barədə Ağsaqqallar Şurasının iclasında İrəvanın merinin müavini Qraçya Sarkisyan məlumat verib.

“İzabella Abqaryan Ağsaqqallar Şurasının üzvü kimi qalır və müvafiq komissiyada işini davam etdirəcək”, – deyə o əlavə edib.

Bu arada Gorus Ağsaqqallar Şurasının üzvü, Ermənistan Baş naziri Nikol Paşinyanın keçmiş tərəfdarı Qarik Gevorqyan Ermənistan cəmiyyətinə çağırış edib.

“Sizi Baş nazir Nikol Paşinyanın istefasını tələb etmək, ayağa qalxmaq, Ermənistanı daha təhlükəli hadisələrdən xilas etmək təşəbbüsünə qoşulmağa çağırıram”, – deyə o bəyan edib.

Gevorkyan bildirib ki, səhvləri inkar etmək cəmiyyətdəki gərginliyin daha da artmasına xidmət edir.

“2018-ci ildə Gorusda inqilabın fəal tərəfdarları və iştirakçısı olmağıma baxmayaraq indi başa düşürəm ki, Paşinyanın və bütövlükdə mövcud hakimiyyətin istefası vəziyyətdən çıxış yoludur. Bundan sonra isə sırf peşəkarlardan ibarət milli razılıq hökuməti qurula bilər.

Hər kəsi cəmiyyəti parçalama cəhdlərini qəti şəkildə rədd edərək dövlətçiliyin qorunması üçün birləşməyə çağırıram”, – deyə Paşinyanın keçmiş tərəfdarı bildirib.

Gununsesi.org