“Paşinyanın Qarabağla bağlı dediklərini təəccüblə izlədik” - TÜRKİYƏNİN VİTSE-PRZİDENTİ

  • By admin
  • 16 Sentyabr 2019 20:16

“Ermənistanın baş naziri Nikol Paşinyanın bir müddət əvvəl Dağlıq Qarabağın Ermənistana aid olması haqqında dediklərini təəccüblə izlədik”.

“Report”un xəbərinə görə, bunu Bakıda səfərdə olan Türkiyənin vitse-prezidenti Fuat Oktay deyib.

“Düşünürəm ki, bu tip populist fikirlər danışıqlara mənfi təsir edir. Dünya ictimaiyyəti də bu məsələyə səssiz qalmamalıdır. Biz Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyirik. 1 milyondan artıq məcburi köçkünün tezliklə torpaqlarına qayıtmasını arzu edirik”, – deyə F.Oktay vurğulayıb.