Paytaxtda 3 maşın toqquşdu, yaralılar var

  • Müəllif: admin
  • 01 İyun 2017 20:53

avtoqeza

 

Bakıda 3 minik avtomobili toqquşub.

APA-nın məlumatına görə, hadisə aeroportdan “Koroğlu” metrostansiyası istiqamətində gedən yolda baş verib.

Qəza nəticəsində xəsarət alanlar var.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları və “Təcili yardım” cəlb olunub.  Qəzanın səbəbləri araşdırılır.

Toqquşan avtomobillər evakuatorlar vasitəsi ilə hadisə yerindən aparılıb.

 

Gununsesi.info