Yaxın vaxtlarda “Skype”ın dizaynı ciddi şəkildə dəyişəcək və istifadəçiyə “Snapchat”ı xatırladacaq.
İKT.lent.az-ın “Mashable“yə istinadən xəbərinə görə, servisin “Android” üçün mobil versiyasında səsli danışmaq və ya mətn yazışması zamanı selfi çəkib dostlara göndərmək üçün ayrıca düymə olacaq.
Bundan başqa, “Skype”ın özünün “tarixçə” analoqu da olacaq – istifadəçi öz şəklini bütün və ya ayrı-ayrı istifadəçilərlə bölüşə biləcək. Bu funksiya artıq “Instagram”, “Snapchat”, “VKontakte” və digər sosial şəbəkələrdə mövcuddur.
Yaxın gələcəkdə yeniləmiş “Skype”ın iOS və kompüter versiyası da olacaq.
Gununsesi.info












