
Federal Təhlükəsizlik Xidməti tərəfindən paytaxtın iri ticarət obyeklərində və bazarlarında, nəqliyyatda partlayış törətmək istəyən dəstə üzvləri zərərsizləşdirilərək saxlanılıb.
Gununsesi.info “RİA-Novosti”yə istinadən xəbər verir ki, saxlanılanlar arasında İŞİD terror təşkilatının emissarı, partlayıcı maddə hazırlayan mütəxəssis və iki terrorçu-kamikadze də var.
İstintaq orqanları tərəfindən, əldəqayırma bomba və partlayıcı hazırlayan laboratoriya aşkar edilərək və zərərsizləşdirilib. Dəstəyə bir Rusiya vətəndaşı və 3 Orta Asiya vətəndaşı daxildir.
Partlayışa hazırlıq Suriyadakı İŞİD terrorçu təşkilatları tərəfindən, xüsusən də partladıcı məktəblər qrupunun rəhbəri “Şirincanov A.M” tərəfindən verilirməsi də bəlli olub.
Gununsesi.info












