Azərbaycan qazının böyük hissəsini xaricə satıb

  • Müəllif: admin
  • 14 Avqust 2017 14:54

qazprom

2017-ci ilin 7 ayında xarici ticarət dövriyyəsinin həcmi 10.5 milyard dollar olub.

Gununsesi.info Dövlət Gömrük Komitəsinə istinadən bildirir ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə 7 faiz azalma var.

İdxal üzrə əməliyyatların həcmi 4.3 milyard dollar olub ki, bu da keçən ilin müvafiq dövrü ilə müqayisədə 8.1 faiz azalma deməkdir. İxrac üzrə əməliyyatlar isə 6 faiz təşkil edib. Qeyd edək ki, 7 ayda ixracın həcmi 6.1 milyard dollar olub.

Xatırladaq ki, xarici ticarət dövriyyəsi 1.7 milyard dollar təşkil edib.

Təbii ki, ixracda əsas azalma xam neft satışında hiss olunur. Belə bu ilin 7 ayında  xam neft satışından əldə olunan gəlirlər statistik dəyər nisbətində 20 faiz azalıb. Təbii qazın ixracında isə inanılmaz artım müşahidə edilir. DGK-nin məlumatına görə, yanvar-iyul aylarında 3.8 milyard m3 qaz ixrac edilməklə, Azərbaycan ötən ilin müvafiq dövrünə nisbətən 4,3  faiz artıma nail olub.

Qeyri-neft sektoru üzrə ixracda digər artımlar meyvə-tərəvəz, pambıq sektorunda müşahidə olunur.

İxrac olunan meyvə-tərəvəzin həcmi 1.6 dəfə, pambıq lifi isə 6.5 dəfə olub. Təəssüf ki iplik kimi sitehal olunan pambığın həcmi 25 faiz azalıb. İdxalda isə əsas artım ət və süd məhsullarındadır. Xaricdən ölkəyə gətirilən sözügedən məhsulların həcmi 78 faiz və 50 faiz artıb.

Ölkə üçün əsas strateji məhsullardan ola buğda idxalı isə 25 faiz azalıb.

Vüsalə Rüstəmova

Gununsesi.info