Avropa Şurası Parlament Assambleyasının prezidenti Pedro Aqramunt bu saatlarda AŞ PA-nın iclas salonundan qovulub. Gununsesi.info-nun AŞPA sessiyasını izləyən şəxslərə istinadən verdiyi xəbərə görə, buna səbəb Agramuntun Suriya diktatoru Bəşər Əsədlə əlaqələrinin üzə çıxması olub.
İclasda çıxış edən parlamentarilər ona etimadsızlıq nümayiş etdirib. Davamlı tənqidlərdən sonra o, salonu tərk edib.