“Neftçi”yə məğlubiyyət veriləcək…

  • Müəllif: admin
  • 24 Aprel 2017 15:52

neftci

Azərbaycan Premyer Liqasının XXVII turunun “Zirə” ilə oyununda “Neftçi”nin baş məşqçisi Elxan Abdullayevin əvəzetmə edərkən buraxdığı səhv komandasına baha başa gələcək.

Gununsesi.info-nun məlumatına görə, ikinci hissədə legioner limitini pozan çalışdırıcının bu addımı texniki məğlubiyyətlə nəticələnəcək.

Məlumatı əməkdaşımızla söhbətində Peşəkar Futbol Liqasının (PFL) prezidenti Ramin Musayev də təsdiqləyib. O bildirib ki, İntizam Komitəsinin sabahkı iclasında bu məsələ müzakirəyə çıxarılacaq:

“Neftçi” legioner limitini pozduğuna görə mütləq cəzalandırılacaq. Komandaya 0:3 hesablı texniki məğlubiyyət veriləcək”.

Elxan Abdullayevin səhvi 68-ci dəqiqədə qeydə alınıb.

Belə ki, matça start heyətində 5 yerli futbolçu ilə başlayan “ağ-qaralar”da Ruslan Abışovun Uqo Barqasla əvəzlənməsindən sonra meydanda 4 azərbaycanlı oyunçu qalıb. İki dəqiqə sonra “Neftçi”də İqnasio Erreranın yerinə Cavid İmamverdiyev meydançaya olsa da, bu, paytaxt klubunun cəzadan qaçması üçün yetərli olmayacaq.

Gununsesi.info